Fəvvarədə çimmək təhlükəlidir- Bu xəstəliklərə yoluxa bilərsiniz

Fəvvarələrdəki su içmək üçün uyğun deyil, çünki burada müxtəlif kimyəvi birləşmələrlə işlənmiş sənaye sularından istifadə edirlər.

Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, fəvvarələrdəki su nadir hallarda təzələnir, eyni zamanda təmizlənmir, dezinfeksiya olunmur.

Bundan başqa, fəvvarələrdəki suda quşlar və küçə itləri üzə bilər.

Ekspertlərin sözlərinə görə, isti havalarda suyun keyfiyyəti də pisləşir, çünki yüksək temperatur mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Belə ki, fəvvarədə çimmək insan sağlamlığı üçün təhlükəlidir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, fəvvarələrdə çimmək kəskin bağırsaq və ya respirator infeksiyalara, eləcə də konjonktivit, enterovirus, rotavirus infeksiyaları və viral hepatit A kimi bir sıra xəstəliklərə yoluxma riski yaradır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.