“Sehrli xalat” kinomuzda ilk fantastika filmlərindəndir. Ekranlara çıxdığı birinci il ərzində «Sehrli xalat»a SSRİ ərazisində 10 milyon baxiş toplayıb. Bundan böyük nəticəyə cəmi 20 Azərbaycan filmi nail olub. Həmin müddət ərzində filmi respublikamızda 250 min tamaşaçı seyr etmişdi.
Filmin müəllifi Azərbaycanın görkəmli kino ustası Əlisəttar Atakişiyevdir. O, istedadlı rejissor idi: “Arşın mal alan”, «O olmasın, bu osun», «Uzaq sahillərdə» kimi kinofilmlərin quruluşçu operatoru, filmlərinin bir çoxunun ssenari müəllifi və geyim rəssamı kimi işləyib.
1963-1964-cü illərdə çəkilmiş “Sehri xalat”filmində təsvir olunan və o zaman tamaşaçılar tərəfindən möcüzə kimi qəbul edilən qeyri-adi epizodlar onilliklər ərzində biri birinin ardınca elmin və texnikanın nailiyyətləri şəklində reallığa çevrilirdi. Aya səyahət, videomaqnitofon, videokamera, planşet, dronlar, hətta interaktiv muzey filmdəki öncədəngörmə nümunələridir.
Əlisəttar Atakişiyev filmdə gözəl aktyor ansamblı toplaya bilmişdi. «Sehrli xalat»da çəkilmiş aktyorların bir çoxu ilə rejissor hələ 7 il əvvəl «O olmasın, bu olsun» filmindən taniş idi. Bu film bəlkə ən uğurlu Azərbaycan filmidir. Ə.Atakişev o filmin həm quruluşçu operatoru, həm də geyim üzrə rəssamı idi. Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, Hüseynağa Sadıxov – hər biri səhnəmizin və ekranımızın korifeyləridir. Əliağa Ağayevin ifasında Xan, onun zirvə rolu olan Məşədi İbaddan geri qalmayan aktyor oyunu sayıla bilər.
«Sehirli xalat» televiziya ekranlarında göstərilən bütün bədii filmlər arasında uşağ və yeniyetmə tamaşacı baximindan liderdir. Məktəb tətilləri zamanı, bayram günlərində Azərbaycan telekanallarının əksəriyyəti onu öz proqramlarına daxil edir. Beləliklə bu filmi yeni nəsil tanıyr və tanıdıqca sevməyə başlayır.
https://www.youtube.com/watch?v=1aIpPHSXWmU