Gələn aydan Gürcüstana yalnız səyahət sığortası ilə giriş mümkün olacaq- AZAL

İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.

Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz.

Qurum sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.