Gələn həftə nəqliyyat dəhlizlərin açılması ilə bağlı qərarlar elan olunacaq –

Üçtərəfli İşçi qrup Moskvada toplaşacaq
26 Noyabr 2021 - 22:07
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi qrup gələn həftə Moskvada iclas keçirəcək.
Azpost.info bildirir ki, bu barədə Putin mətbuat konfransıda danışıqların yekunu ilə bağlı danışarkən deyib.

 

“Razılaşdığımız bir sıra məsələlərlə bağlı qeyd etmək istəyirəm. Bu, əsas məsələlər sayılır. Onlardan birincisi bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasındakı sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı mexanizmlərdir. Razılaşdıq ki, bu ilin sonuna kimi bu mexanizmləri yaradaq. Ümid edirəm ki, bu, tez bir zamanda baş verəcək. Bu mexanizmlərin yaradılmasına heç bir maneə yoxdur.

İkinci məsələ isə, həssas olan humanitar xarakterli məsələdir. Burada da biz nəzərəçarpacaq dərəcədə irəli getdik. Və nəhayət üçüncü məsələ, biz iqtisadi xarakterli məsələlərlə bağlı, iqtisadi əlaqələrin inkişafı və hər şeydən öncə ilk addım kimi nəqliyyat dəhlizlərin açılmasını barədə ətraflı danışdıq. Bura dəmiryolları, avtomobil nəqliyyatı aiddir. Bizim baş nazirin müavinləri uzun müddətidir ki, bu məsələ üzərində işləyirlər. Gələn həftə onlar bır sıra yekun nəticəyə gəlmək və bu gün razılaşdığımız qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”- deyə Rusiya prezidenti qeyd edib.