Gənc psixoloq Leyla Salmanlı “Autizim və Beyin” layihəsini təqdim edib-FOTO

Gənc psixoloq Leyla Salmanlının “Autizim və Beyin” mövzusunda hazrladığı layihənin təqdimatı keçrilib. 

Azpost.info bildirir ki, layihə “Zəfər Yolu – Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə təqdim edilib.
Tədbirdə birliyin sədri Pərvanə Salmanqızı çıxış edərək bildirib ki, layihənin məqsədi autizm xəstələyindən əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyasiyasına nail olmaq, alternativ yanaşma ilə onların potensialını üzə çıxartmaqdan ibarətdir.
Layihə rəhbəri Leyla Salmanlı çıxışı zamanı vurğulayıb ki, layihənin əsas devizi “yaşatmaq üçün yaşa” şüarıdır.
L.Salmanlı qeyd edib ki, hazırda GPN -nin Strong Academy-i və Autizm Treatment Center of America-nın birgə layihəsi olan Son-Rise terapiya proqramı üzərindən autizmli fərdlərə daha fərqli terapiya üsulu ilə yanaşma metodunun tətbiqinə çalışır.
 “Məqsədimiz autizmli fərdlərin gizli potensialını göstərməkdən ibarətdir”,- deyə L.Salmanlı bildirib.
Tədbirdə “Alternativ Pisixologiya” elminin müəllifi, tibbi və biologiya elmləri doktoru, professor,Oksford Unversitetinin akademiki Yaşar İbadov, Respublika Qadınlar İctimai Birliyinin sədri Bahar Qasımova, biologiya elmləri doktoru Yeganə Mahumudova, məşhur xeyriyyəçi Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva-Muxtarova, şəhid anası Çiçək Biləndərli, əməkdar müəllim Zülfiyyə Vəliyeva çıxış edərək autimzdən əziyyət gənclərə dəstək göstərilməsinin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçıları bildiriblər ki, təqdim olunan layihənin əsas məqsədi autizmdəm əziyyət çəkən insanlarda özünə güvənin artması, onların sıralarından cəmiyyət üçün faydalı kadrlar yetişməsinə dəstək olmaqdır.
Təqdimatda pedaqoqlar, psixoloqlar, media nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.
Əvvəlki məqalə

Bugünkü hərracda tələb 75,3 milyon dollar olub

Sonrakı məqalə

Rusiyada “WhatsApp” bloklana bilər