“Qərb Rusiyanı daim aldadıb”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin bunu Rusiya telekanalının əməkdaşı Pavel Zarubinə müsahibəsində deyib.
Putin bildirib ki, amerikalı jurnalist Taker Karlsona Ukraynada hərbi əməliyyatın başlamasının NATO-nun Rusiyaya hücumu təhlükəsi ilə bağlı olduğunu deməyib.
Prezident qeyd etdi ki, NATO-nun Şərqə doğru genişlənməməsi ilə bağlı onları daim aldadıblar: “Biz Ukraynanın NATO-ya daxil olması ehtimalından narahat idik, bu gün də narahatıq. Çünki bu, təhlükəsizliyimizi təhdid edir”.
“Müharibəyə biz başlamamışıq, sadəcə onu dayandırmağa çalışırıq. Birinci mərhələdə biz bunu sülh yolu ilə – Minsk razılaşmalarının köməyi ilə etməyə çalışdıq. Sonradan məlum oldu ki, bizi burada da aldadıblar. Çünki həm Almaniyanın keçmiş kansleri, həm də Fransanın keçmiş prezidenti etiraf ediblər ki, onlar bizim bu müqavilələrimizi yerinə yetirmək niyyətində olmayıblar. Onlar Ukrayna rejimini əlavə olaraq silahla təchiz etmək üçün vaxt qazandılar, bunu da uğurla bacardılar. Təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz layiqli insanlarla iş apardığımıza inanaraq aktiv fəaliyyətimizə daha əvvəl başlamadıq”, – Putin vurğulayıb.