Gələn il büdcədən müdafiə üçün ayrılacaq xərclər açıqlandı

Gələn il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan vəsait məlum olub.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bunun üçün dövlət büdcəsindən 4 489 892 429,0 manat vəsait ayrılacaq.

Bu vəsaitdən müdafiə qüvvələrinə 2 153 165 727,0 manat, milli təhlükəsizlik xərclərinə 285 501 146,0 manat, sərhəd xidmətinə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4 119 118,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1 600 442 500,0 manat ayrılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2022-ci il üzrə büdcə zərfi Milli Məclisdə daxil olub

Sonrakı məqalə

Sabiq deputat Eldəniz Səlimovun məhkəməsinin vaxtı məlum olub