Gələn il manatın məzənnəsi sabit qalacaq

2023-cü ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəklənəcək.

Bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.

Qeyd olunur ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.

Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 mlrd. manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir.

Əvvəlki məqalə

Bu il azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənib? –

Sonrakı məqalə

“İki ölkə arasında normallaşma prosesi maneələrlə üzləşir” –