Gəliri milyardı keçən idmançılar –SİYAHI (“Forbes”)

“Forbes” gəliri milyard dolları keçən idmançıların adını açıqlayıb.

Azpost.info xəbər verir ki, reytinqin lideri amerikalı qolfçu Tayqer Vuds olub. Karyerasına 1996-cı ildə başlayan Vuds ötən dövr ərzində 1,72 milyard dollar gəlir əldə edib.

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 1,24 milyard dollarlıq gəliri ilə siyahının ikincisidir. Ronaldo dünyanın ən məşhur idmançılarından biridir və bu, ona bahalı reklam müqavilələri almaq imkanı verir.

Üçüncü yerdə amerikalı basketbolçu Lebron Ceyms qərarlaşıb. Milli Basketbol Assosiasiyasının 37 yaşlı ulduzu “Nike”la ömürlük müqavilə imzalayıb. Onun gəliri 1,16 milyard dollardır.

Azpost.info

Əvvəlki məqalə

Nazir Vilayət Eyvazov Vaqif Əsədovu vəzifəsindən azad edib

Sonrakı məqalə

Bu gündən Bakıda prospekt və yollar açılacaq