Gəncədə məktəbli sinif yoldaşına xəsarət yetirib.
Hadisə çəhərdəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 9-cu sinif şagirdi olan qız digər məktəbli yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.(APA)