Gəncədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var- FOTO

Gəncədə sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alanlar xəstəxanaya çatırılıblar.

Xəsarət alanların 1972-ci il təvəllüdlü Səbinə Həsənova, 2006-cı il təvəllüdlü Gülçin Alıyeva, 1988-ci il təvəllüdlü Gülay Verdiyeva, 1985-ci il təvəllüdlü Emil Hüseynov, 1988-ci il təvəllüdlü Elnarə Ələkbərova, 2007-ci il təvəllüdlü Gülay Hüseynova olduğu açıqlanıb.

Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.