G7 ölkələrinin səfirləri Odessaya gəliblər- Taxıl sazişinin icrasına nəzarət üçün (FOTO)

G7 ölkələrinin və Türkiyənin səfirləri Ukraynadan taxıl ixracı müqaviləsinə əməl olunmasına nəzarət etmək üçün Odessaya gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons “Tviter”də məlumat verib.

“Mən və G7-dəki səfir yoldaşlarım BMT-nin vasitəçiliyi ilə ərzaqların Ukraynadan çıxmasına icazə verilməsinin vacibliyini bir daha vurğulamaq üçün Türkiyə səfiri ilə birlikdə Odessadayıq. Rusiya müqaviləyə hörmət etməlidir”, – Simmons yazıb.

İyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələri tərəfindən Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında saziş imzalanıb. Sənədə Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, Türkiyə tərəfdən isə hərbi idarənin rəisi Hulusi Akar imza atıb.

Razılaşmaya əsasən, Ukrayna ərazisindən Qara dəniz vasitəsilə taxılın ixracı zamanı baş verə biləcək insidentlərə İstanbuldakı ortaq koordinasiya mərkəzi nəzarət edəcək. BMT Ukrayna limanlarından ayda 5 milyon tona qədər taxıl ixrac oluna biləcəyini proqnozlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

Prezident və Mehriban Əliyeva 2 saylı doğum evinin şəraiti ilə tanış olublar

Sonrakı məqalə

Sankt-Peterburqda hərbi-dəniz paradı keçiriləcək