Gecə klubunda partlayışda yaralanan gənc ofisiant da vəfat etdi

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

TƏBİB-dən  bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Ayxan Fətullazadənin gecə klubunda ofisant işlədiyi bildirilir.

Xəbəri Baş Prokurorluq da APA-ya təsdiqləyib. Prokurorluqdan qeyd edilib ki, bu hadisə ilə bağlı istintaq işi davam edir.

Bununla da, gecə klubunda partlayışda ölənlərin sayı dördə çatıb.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda partlayış baş verib. Nəticədə 4 nəfər ölüb, 34 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.

Əvvəlki məqalə

Ayın iki tərəfi niyə bir-birindən fərqlidir?

Sonrakı məqalə

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək