Gecə klubundakı partlayışda vəfat edən ofisiant tələbə olub

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alaraq bu gün vəfat edən Fətullazadə Ayxan Eldar oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.

Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ayxan Fətullazadə İnşaat-texnologiya fakültəsinin 4-cü kursunda təhsil alırmış.

Praktika müddətində olan tələbə gecələr klubda ofisiant işləyib.

Əvvəlki məqalə

Putin və Lukaşenko kosmodromda görüşəcək

Sonrakı məqalə

ABŞ Ukraynaya silah tədarükünü artırmaq planı üzərində işləyir