General Həzi Aslanovun anası vəfat edib

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanova ağır itki üz verib.

Generalın anası İffət Aslanova Mütəllim qızı uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 77 yaşında dünyasını dəyişib.

Onun Bakıda II Fəxri xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun nəvəsidir. Mərhum İffət Aslanova isə onun gəlini olub.

Əvvəlki məqalə

MEDİA intihar xəbərləri ilə bağlı KİV-ə müraciət edib

Sonrakı məqalə

Lənkəranda məktəbli qızın döyülməsinə görə direktor da işdən çıxarıldı –