General Heydər Piriyev vəzifədən azad olunub

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli hərbçiləri istefaya və ehtiyata göndərilib.

Azpost.info “bizim.media”-ya istinadən xəbər verir ki, general-leytenant Heydər Piriyev də tutduğu vəzifədən azad olunub.

H.Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsini icra edirdi. O, 2022-ci ilin iyun ayında bu vəzifəyə təyin edilmişdi.

Milli Müdafiə Akademiyasına Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Gündüz Əbdülov rektor təyin edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.