Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev vaxtilə tabeliyində çalışmış polkovnik Yasin Məmmədovla əlbəyaxa olub.
Bu barədə Azpost.info-ya -a zərərçəkənlər bildirib.
Onların iddiasına görə, ötən prosesdə Yasin Məmmədovun Mövlam Şıxəliyevlə söz atışması məhkəmədən sonra da davam edib. Onlar istintaq təcridxanasına aparılanda yolda bir-birlərinin ünvanına kəskin ifadələr işlədib. Hətta ələbəyaxa olublar. Bu gün Bakı Apellyasiya Məhkəməsində Mövlam Şıxəliyev və digərlərinin işi üzrə məhkəmə prosesinin təxirə salınması da bununla əlaqədardır.
Lakin məhkəmədən bildirilib ki, prosesin təxirə salınması hava şəraiti ilə bağlıdır.
Zərərçəkənlər ki, bu gün məhkəməyə başqa müttəhimlərin gətirildiyini deyərək rəsmi səbəbi təkzib ediblər.
H.Abbas