“Geosiyasət dünya iqtiadiyyatını 3 bloka bölüb” –BVF hesabat açıqladı

Qlobal iqtisadiyyat geosiyasi fərqliliklərin təsiri altında üç bloka bölünüb.

Azpost.info bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqlamasında bildirib.

Fondun geosiyasətin qlobal ticarətə təsiri haqqında dərc olunmuş hesabatında deyilir: “Biz üç bloka bölünmüş bir dünyanı nəzərdən keçiririk: Bura biri ABŞ-a, digəri Çinə əsaslanan və bir-biri ilə əlaqəsi olmayan ölkələr bloku daxildir”.

BVF-nin hesablamalarına görə, dünya iqtisadiyyatının ayrı-ayrı qruplara bölünmə tendensiyası mallar, xidmətlər və investisiyalar üzrə mövcud ticarət məhdudiyyətlərinin artmasına səbəb olub. Onların ümumi sayı 2023-cü ildə 3 mini keçib.

Bundan əlavə, BVF-nin qeyd etdiyi kimi, 2017-ci ildən 2023-cü ilə qədər Pekin və Vaşinqton arasında artan ziddiyyətlər fonunda Çinin ABŞ-a idxaldakı payı 8% azalıb.

Həmçinin, fondun hesablamalarına görə, Ukrayna münaqişəsi fonunda Rusiya ilə Qərb arasında birbaşa ticarət dağılıb.

Əvvəlki məqalə

Nikol Paşinyan Rusiyaya səfərə gedib

Sonrakı məqalə

“Litva Ukraynaya əsgər göndərməyə hazırdır”