“Google” ukraynalı qaçqınlara 35 milyon dollar ayırdı

“Google” Ukraynadan olan qaçqınlara dəstək üçün 35 milyon dollar ayırıb.

Azpost.info xəbər verir ki, bunu şirkətin direktorlar şurasının sədri Sundar Piçai bu gün Varşavada Polşa baş naziri Mateuş Moravetski ilə görüşdən sonra bildirib. “”Google” qaçqın təşkilatlarına yardım üçün 35 milyon dollardan çox vəsait ayırıb. O cümlədən, Polşaya gələn qaçqınlara kömək edən qeyri-hökumət təşkilatlarına qrant şəklində 10 milyon dollar verilib” – Piçai deyib.

O qeyd edib ki, bu gün “Google” əlil qaçqınlar, eləcə də humanitar yardımla məşğul olan Polşa QHT-ləri üçün yeni qrantlar elan edib. Şirkət dezinformasiya ilə mübarizə üçün əlavə 10 milyon dollar da ayırır.

Azpost.info

Əvvəlki məqalə

2022-ci ilin RAMAZAN TƏQVİMİ

Sonrakı məqalə

“Növbədə Rusiya və Ukrayna prezidentlərinin görüşüdür” –