Goranboya güclü yağışdan sonra sel gəlib- FOTO

Güclü yağışdan sonra Goranboya sel gəlib.

Gecə saatlarında leysan yağışdan sonra rayonun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsinə dağlardan sel suları gəlib. Nəticədə kənd yollarını sel suları yararsız hala salıb.

Ümumilikdə selin törədiyi ziyanla bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti höküm sürür(apa).

Əvvəlki məqalə

Rusiya və Çin ABŞ dollarından imtina edib

Sonrakı məqalə

Motosiklet sürən 17 yaşlı oğlan ölüb