İranlı sürücülər ölkələrinə qaytarılmayıb, istintaq davam edir –Dövlət Gömrük Komitəsi açıqlama yaydı (YENİLƏNİB)

Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə başlanılmış və istintaqı aparılır.

Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

**

Azərbaycan sərhədçiləri tərəfindən ərazilərimizdə saxlanılan iki iranlı sürücü azad olunub.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, onlar Azərbaycan Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində bir neçə həftə əvvəl saxlanılmışdı. Daxili İşlər Nazirliyi onların qanunsuz yollarla ölkə ərazisinə girdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb –

Sonrakı məqalə

“Terrorçular aktiv şəkildə Əfqanıstana toplaşır” –