Göygöldə əqrəb sancan müəllim ölüb

Göygöl sakinini əqrəb sancıb.

Rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən onu əqrəb sancıb.

İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnindən dərs deyirmiş(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.