Gözəllik salonunda işləyən qadın məhkəmə zalında həbs olunub-500 min manat alıb

Bakıda münasibətdə olan kişiyə qarşı yarım milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sevinc Bədəlova 6 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, iş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində tanınıb.

Qadın A. Mirzəyevin yaşadığı binanın yaxınlığındakı gözəllik salonunda çalışıb. Sevinc Bədəlova ilə Adəm Mirzəyev burada tanış olub, onların 3-4 il münasibətləri olub.

İttihama əsasən, S. Bədəlova A. Mirzəyevə Latviyanın paytaxtı Riqada yaşayan qardaşının vəfat etdiyini, ondan külli miqdarda əmlak qaldığını deyib. S. Bədəlova isə o əmlakları adına keçirərək biznes qurmağı təklif edib. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A. Mirzəyevdən 434 min manat pul alıb.

Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. (APA)

Əvvəlki məqalə

Rusiya irlandiyalı siyasətçilərə sanksiya tətbiq etdi

Sonrakı məqalə

NATO Polşadakı raket insidenti ilə bağlı ilkin rəyini