Güləşçimiz Jalə Əliyeva Avropa çempionatında ikinci olub

Qadın güləşçimiz Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Çempionatda 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə dörddəbir finaldan qoşulub. Güləşçimiz almaniyalı Elena Brüggerə 6:3 hesabı ilə qalib gəlib. J.Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni 2:0 hesabı ilə üstələyərək, debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşıb və rəqibinə məğlub olaraq qitə birinciliyini gümüş medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik Avropa çempionatında qızıl medal əldə edib.

Əvvəlki məqalə

“Qarabağ” – “Zirə” qarşılaşıb-

Sonrakı məqalə

İstanbulda AK Partiyanın seçki bürosuna silahlı hücum olub