Günəşdə üç plazma buludu toqquşdu– Yer kürəsində rekord güclü maqnit qasırğası başladı

Yer kürəsində son illərin ən güclü maqnit qasırğası qeydə alınıb. AzPost xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bu barədə məlumat yayıb. Mütəxəssislər bildiriblər ki, qasırğa G5 səviyyəsinə – yəni praktiki olaraq maksimal gücə çatıb.

Alimlərin sözlərinə görə, bu nəhəng hadisəyə səbəb Günəşdən Yerlə üz-üzə istiqamətdə hərəkət edən üç plazma buludunun toqquşması olub. İlk buludun bu gün gecə saatlarında planeti vuracağı gözlənilirdi, lakin o, gözləniləndən daha güclü təsir yaradıb. Əslində G1–G2 səviyyəsində zəif aktivlik proqnozlaşdırılsa da, real vəziyyət çox daha intensiv olub.

İnstitutun alimləri bildiriblər ki, sonuncu – ən güclü Günəş partlayışından yaranan plazma axını inanılmaz sürətlə hərəkət etdiyi üçün öncəki iki buludu tutaraq onlara çırpılıb. Bu toqquşma nəticəsində temperatur, sıxlıq və maqnit sahəsinin gərginliyi kəskin şəkildə artıb.

Hazırda Yer yaxınlığında birləşmiş nəhəng plazma sistemi formalaşıb. Qasırğanın təsir pikinin isə bugün günorta saatlarına təsadüf edəcəyi bildirilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu səviyyədə maqnit aktivliyi radiosiqnallarda, GPS sistemlərində, elektrik xətlərində və peyk rabitəsində ciddi pozuntulara səbəb ola bilər. Həmçinin, yüksək enliklərdə parlaq qütb işıqları (auroralar) müşahidə edilə bilər.

Alimlər qeyd edirlər ki, bu hadisə Günəşin son günlərdəki rekord səviyyəli partlayış aktivliyi ilə bağlıdır və bu dövr hələ davam edir. Buna görə də, növbəti günlərdə də geomaqnit şəraitin qeyri-sabit qalacağı ehtimal olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.