Gürcüstan DTX Azərbaycanla sərhəd danışıqlarına cəlb olunub

Gürcüstanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanla sərhəd məsələsində təxribatların qarşısının alınması və vəziyyətin sabitləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin illik hesabatında bildirilib.

Qeyd olunub ki, DTX Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası Komissiyasının işində iştirak edir: “Bu format iki ölkə arasında məsələnin yoluna qoyulması üçün qanuni formatdır. Təhlükələri minimallaşdırmaq üçün danışıqlar prosesinə cəlb olunan dövlət qurumlarına müvafiq tövsiyələr təqdim edilib. Eyni zamanda, DTX-nın regional bölmələri müvafiq qurumlarla koordinasiya şəklində sərhədboyu rayondakı vəziyyətə daim nəzarət həyata keçirir və müvafiq operativ dəstək göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT sənədi kimi yayılıb

Sonrakı məqalə

TƏBİB-də Xaricdə İşləyən Azərbaycanlı Həkimlərlə İş şöbəsi yaradılıb