TƏBİB-də Xaricdə İşləyən Azərbaycanlı Həkimlərlə İş şöbəsi yaradılıb

“Heydər Əliyev Fondu COVİD-19-da qarşı digər ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində işlərə dəstəyi davam etdirəcək və digər ölkələrin də təcrübəsi öyrəniləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib.

S.Məmmədov deyib ki, Heydər Əliyev Fondu ÜST-nin xətti ilə beynəlxalq ekspertlərin təcrübəsinin öyrənilməsinə də lazımi dəstək verəcək.

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı isə  qeyd edib ki, ÜST-nin təşəbbüslərinə həm Heydər Əliyev Fondu, həm TƏBİB, həm Səhiyyə Nazirliyi canla-başla dəstək verirlər: “Azərbaycanda bu dəstək sayəsində hazırda bu işləri görmək çox asan olub. İnanıram ki, COVİD-19-a qarşı mübarizədə uğurlu nəticələr əldə edəcəyik”.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı isə nəzərə çatdırıb ki, TƏBİB keçən ilin dekabr ayında Türkiyədəki həkimlərimlə görüş keçirib: “Xaricdəki azərbaycanlı həkimlər təşkilatlanır. Almaniya, ABŞ və Rusiyada da azərbaycanlı həkimlər dərnəklər qurublar. Bu günlərdə ABŞ-da çalışan azərbaycanlı həkimlərin bizə müraciəti olub. Dövlətin də əsas məqsədi xaricdəki azərbaycanlı həkimlərin ölkəmizə inteqrasiyasıdır. Bu məqsədlə TƏBİB-də Xaricdə İşləyən Azərbaycanlı Həkimlərlə İş şöbəsi də yaradılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan DTX Azərbaycanla sərhəd danışıqlarına cəlb olunub

Sonrakı məqalə

“Hazırda səhra çəyirtkəsinin ölkəmizə miqrasiyaetmə ehtimalı yoxdur”