Gürcüstan DTX-nın “Keşikçidağ” qalmaqalı ilə bağlı hesabatı:"Müxtəlif qüvvələr Azərbaycanla əlaqələri qəsdən zədələmək istəyiblər"

“Ötən il bəzi qruplar və individual şəxslər də daxil olmaqla müxtəlif qüvvələr Keşiçidağ ətrafındakı hadisələrdə milli dəyərləri qorumaq adı altında iştirak ediblər”.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  2019-cu il üzrə hesabatında belə deyilib. Sənəddə qeyd edilib ki, Gürcüstan-Azərbaycan sərhəddində vəziyyətin saxtalaşdırılması ilə destruktiv kampaniya aparılıb və bu kampaniya strateji tərəfdaşlıq əlaqələrinə malik iki ölkə arasında əlaqələrin zədələnməsi məqsədi güdüb.

“Bölgədəki geosiyasi çətinliklər fonunda Gürcüstan Türkiyə, Ermənistan və Azərbaycan ilə davamlı qonşuluq münasibətlərini davam etdirir. Bununla belə, davam edən ikitərəfli münasibətlərə birbaşa və ya dolayı yolla müdaxilə və onların qəsdən zədələnməsi üçün davamlı cəhdlər mövcuddur” – deyə sənəddə qeyd olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusdan sağalanların qan plazması digər xəstələrə vurulacaq –

Sonrakı məqalə

Jurnalist Müşfiq Ələsgərlinin atası vəfat edib