Gürcüstan parlamenti prezidentin vetosunun ləğvi prosedurunu başladıb

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qoyduğu vetonun ləğvi proseduruna başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Prezidentin parlament katibi Giorgi Msxiladzenin spikerlik etdiyi iclasda deputatlar Zurabişvilinin qanunla bağlı əsaslandırılmış şərhləri ilə tanış olub. Prezident qanunun qüvvəyə mindiyi gündən dərhal sonra ləğv edilməsini tələb edir.

Komissiyanın iclasında müxalifət nümayəndələri də iştirak edir. Veto müzakirəsi müxalifətdən olan deputatlarla hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndələri arasında gərgin siyasi debat fonunda keçirilir.

Komitə prezidentin vetosunun ləğvini təsdiqləsə, məsələ mayın 28-də keçiriləcək plenar iclasda səsverməyə çıxarılacaq.

Azpost.info

Əvvəlki məqalə

Çin, Yaponiya və Cənubi Koreya son 5 ildə ilk üçtərəfli görüş keçiriblər

Sonrakı məqalə

İranın Azərbaycanla əlaqələri düzgün yoldadır