Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna vetonun ləğvi proseduruna başlayacaq

Mayın 27-də Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici təsirin şəffaflığı haqqında qanuna qoyduğu vetonun ləğvi proseduruna başlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstanın parlamentinin saytında deyilir.

O cümlədən, bu gün axşam saatlarında parlamentin hüquq məsələləri üzrə komissiyasının iclasının keçirilməsi nəzərdə tutulub. Komissiyanın nəzərdən keçirəcəyi ilk məsələ prezidentin məlum qanuna veto qoymasıdır.
Komissiya vetonun ləğvinə razılıq verərsə, məsələ mayın 28-də plenar iclasa çıxarılacaq.

Azpost.info

Əvvəlki məqalə

Minskdə Putinlə Lukaşenko arasında görüş başlayıb

Sonrakı məqalə

Kasıb ailələrin uşaqları köklüyə daha çox meyilli olur –