Mayın 27-də Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici təsirin şəffaflığı haqqında qanuna qoyduğu vetonun ləğvi proseduruna başlayacaq.
Azpost.info xəbər verir ki, bu barədə Gürcüstanın parlamentinin saytında deyilir.
O cümlədən, bu gün axşam saatlarında parlamentin hüquq məsələləri üzrə komissiyasının iclasının keçirilməsi nəzərdə tutulub. Komissiyanın nəzərdən keçirəcəyi ilk məsələ prezidentin məlum qanuna veto qoymasıdır.
Komissiya vetonun ləğvinə razılıq verərsə, məsələ mayın 28-də plenar iclasa çıxarılacaq.
Azpost.info