Gürcü parlamenti prezidentin qalmaqallı qanuna qoyduğu vetonu ləğv edib

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qoyduğu vetonu ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Komitədə vetoya son qoyulub, ona görə də bu məsələ bağlanıb”, – Komitənin rəhbəri Anri Oxanaşvili səsvermənin nəticələrinə yekun vurarkən deyib.

Veto ilə bağlı məsələ mayın 28-də keçiriləcək plenar iclasda səsverməyə çıxarılacaq.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Qanunu qəbul etməklə ölkənin Avropa yolunu kəsdiniz”