Gürcüstan prezidenti etiraz aksiyasını dəstəklədi –"Mitinqin dağıdılmasını dərhal dayandırın"

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin daxili işlər nazirini  dinc mitinqin dağıdılmasını dərhal dayandırmağa çağırıb.

Azpost.info bildirir ki, prezident zorakılığı pisləyib: “Dinc aksiya keçirən gənclərə qarşı qeyri-bərabər güc tətbiqini, zorakılığı dayandırın. Mən Xalq Müdafiəçisinə müraciət edirəm ki, xüsusi təyinatlıların hər hansı əsassız və qanunsuz hərəkətlərinin qarşısını almaq üçün dərhal cavab versin. Aydın görünür ki, aksiya dinc şəraitdə keçib, heç bir təhlükə yaratmayıb, asayiş üçün təhlükə olmayıb. Zorakılığa başlamanız ayıbdır!”, – deyə prezident Facebook sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, təhlükəsizlik qüvvələri “xarici agentlər” haqqında qanuna qarşı keçirilən dinc aksiya iştirakçılarını xüsusi vasitələrdən istifadə edərək dağıtmağa başlayıb.

Əvvəlcə asayiş keşikçiləri bibər qazından istifadə edib, bundan sonra bir neçə etirazçı tibbi yardım tələb edib, daha sonra isə xüsusi təyinatlılar gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Müxtəlif KİV-lər polisin etirazçılara qarşı kobud güc tətbiq etməsini əks etdirən görüntülər yayır.

Əvvəlki məqalə

Tbilisdə etiraz aksiyası davam edir, etirazçılar yolu bağlmağa başlayıb

Sonrakı məqalə

“Etiraz aksiyası dinc xaraketr daşıyır, güc tətbiqi yolverilməzdir” –