Gürcüstanda 4 bal gücündə zəlzələ olub

Gürcüstanın Kaxeti bölgəsində zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Dedoplistskaro bələdiyyəsindən 11 kilometr cənub-şərqdə, Zemo Xalatsani kəndi yaxınlığında 3,9 bal gücündə qeydə alınıb.

Zəlzələ digər bölgələrdə də hiss olunub.

Əvvəlki məqalə

Fond ləğv edilmiş “Bank of Azerbaijan”-nın kreditorlarına müraciət edib

Sonrakı məqalə

Naxçıvan büdcəsinin gəlir və xərcləri artırılıb