Gürcüstanda 80 yaşlı azərbaycanlı kişi intihar edib
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində intihar hadisəsi baş verib.
APA-nın yerli bürosu kənd sakinlərinə istinadən xəbər verir ki, 80-dən çox yaşı olan Gülü Əsgərov yaşadığı evdə özünü asıb. Sakinlərin sözlərinə görə, ahıl kişinin həyat yoldaşı bir neçə il öncə dünyasını dəyişib, bundan sonra o, tək yaşayıb.
Növbəti xəbər yüklənir...