Gürcüstanda koronavirusa yoluxanların sayı 165 minə çatıb

Gürcüstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 164 min 976 nəfərə çatıb. Onların da 2 min 501-i koronavirusa ötən sutkada yoluxub. Son sutkada 3 988 xəstə sağalıb, 36 pasiyent isə həyatını itirib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, koronavirus xəstələrinin 137 min 499-u sağalıb, 1 540-ı isə ölüb.

Hazırda karantin rejimində 1 267, stasionar nəzarətdə isə 6 963 nəfər saxlanılır. 3 744 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda oğlunu və gəlinini baltalayan şəxs tutuldu

Sonrakı məqalə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrana səfər edəcək