Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

2023-cü ildə Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu, 2022-ci illə müqayisədə 29,8 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 0,8 %-dən 2,3 %-ə çatıb.

Ötən il Azərbaycandan Gürcüstana isə 58,85 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 0,8 % azdır.

İl ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin ümumi köçürmələrdə payı 8,8 %-dən 10,7 %-ə çatıb(trend).

Əvvəlki məqalə

Bakıda “Maşın bazarı”ndakı yanğın söndürülüb

Sonrakı məqalə

İsrail Aİ-ni SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırdı