Gürcüstanın yeni Baş Naziri sabah Azərbaycana ilk rəsmi səfərə gəlir

08 Oktyabr 2019 - 15:54

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria sabah Azərbaycana səfər edəcək.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, bu, Gürcüstan Baş Nazirinin ilk rəsmi səfəridir. G. Qaxaria Azərbaycandan sonra, bazar günü Ermənistana səfər edəcək. Baş Nazirin bu ayın sonunda Türkiyəyə də səfəri planlaşdırılır. (APA)