“Hədiyyə qazan” və fişinq məqsədi daşıyan saxta saytlardan ehtiyatlı olun- DİN-dən XƏBƏRDARLIQ

Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən “Linkə keçid et, hədiyyə qazan” və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun.

Bu barədə Daxili İşlər Nazirliyinin müraciətində bildirilib.

“Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın! Belə linklərə klikləməyin. Şəxsi məlumatlarınızı paylaşmayın. Heç bir ödəniş etməyin”, müraciətdə deyilir.

Əvvəlki məqalə

Məhkəmə afrikalı sabiq prezidentə ömürlük həbs cəzası verdi

Sonrakı məqalə

Azərbaycan və Türkiyə hərbi hüquq ekspertlərinin görüşü keçirilib