Təxminən bir il oncə Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu səhhəti ağırlaşdığı üçün şəhər xəstəxanalarından birinə aparılıb. Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, partiya sədri insult keçirib.
Sentyabrın 1-i doğum gününü qeyd edən, 67 yaşını tamamlayan Mirmahmud bəyin hazırda səhhəti necədir?
KXCP sədri Moderator.az-a açıqlamasında bunları söyləyib: “Allaha şükür ki, sağlamlığım bərpa olunur, müalicə də davam edir- həkimlərin nəzarətindəyəm. İnşallah, hər şey yaxşı olmalıdır. Yəqin ki, növbəti yoxlamalar da olacaq. Bu bir az uzun sürən bərpadır. Yəni insultun fəsadları böyük olur və uzun çəkir. İnşallah, yaxşı olarıq, Allah bütün xəstələrə şəfa versin…”