“Həmsədrlər səfər tarixini özləri lazım bildikləri vaxt açıqlayacaq” –

Rusiya XİN
30 Sentyabr 2021 - 18:17

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sentyabrın 25-də mətbuat konfransı zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini müsbət qiymətləndirməsini bir daha təsdiqləyirik”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisi həmsədrlərin BMT Baş Assambleyası çərçivəsində təmaslarına da toxunub. O qeyd edib ki, bu, tərəflərin həmsədrlərin regiona səfər etmələri və ilk növbədə qarşıda duran vəzifələri həll etmək barədə razılığa gəlməsi deməkdir.

“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, burada söhbət ilk növbədə müsbət tendensiyaların genişləndirilməsi və möhkəmləndirilməsi, yaşayışın, eləcə də Azərbaycan və erməni icmalarının əməkdaşlıqlarının təmin edilməsindən gedir. O ki qaldı həmsədrlərin səfər tarixinə, bunu ancaq onlar özləri lazım bildikləri vaxt açıqlayacaq”, – A. Zaytsev vurğulayıb.