Həndbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib

Həndbol üzrə respublika çempionatında ikinci turun oyunları keçirilib.

Azərbaycan Həndbol Federasiyasından  bildiriblər ki, qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə üç dəfə meydana çıxmaqla ümumilikdə beş oyun keçiriblər.

Turun birinci görüşündə “Təhsil” komandası ilə üz-üzə gələn “Bakı” klubu 33:29 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşmalarda “Azəryol” komandası “Qarabağ”ı 32:22, U-18 İdman Akademiyası komandası isə “Gənclər Birliyi”ni 43:18 hesabı ilə məğlub edib. “Azərsu” ilə “İdman Akademiyası” arasında keçirilmiş oyunda isə heç-heçə qeydə alınıb – 24:24. Çempionatın gərgin keçən sonuncu matçında U-16 komandası “Məhsul”a 33:29 hesabı ilə qalib gəlib.

Ölkə çempionatının iştirakçılarına toplar hədiyyə olunub.

Üçüncü tur çərçivəsində kişilərin yarışında “Bakı” – U-16, “Məhsul” – U18 İdman Akademiyası, “Təhsil” – “Gənclər Birliyi” qarşılaşmaları keçiriləcək.

AZƏRTAC

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.