Hər ödənişdə 2 qəpik tutulacaq- Azərbaycanda yenilik

Azərbaycanda dövlət rüsumları ilə bağlı mühüm yenilik tətbiq ediləcək.

AzPost xəbər verir ki, ölkədə “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sistemi yaradılacaq.

Bu məsələ hazırda Milli Məclisdə baxılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yeni informasiya sistemi vasitəsilə, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş” təqdim ediləcək, dövlət rüsumundan daxil olan vəsaitləri hesablayacaq. Artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlər də bu sistem vasitəsilə qəbul edilib baxılacaq.

Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq. Bu vəsait işçilərin sosial müdafiəsi və maddi təminatının yaxşılaşdırmasına xərclənəcək.

Əvvəlki məqalə

Roma Papası kasıb dövlətlərin borclarını silməyə çağırıb

Sonrakı məqalə

Mərdəkan qəsrinin sirri: 90 quyu nə üçün istifadə olunub?