“Azərbaycanın yanındayıq”- TÜRKİYƏ MÜDAFİƏ NAZİRİ

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Əvvəlki məqalə

Xocalı və Qırmızı Bazar istiqamətində Ermənistan ordusunun döyüş mövqeləri məhv edilir –

Sonrakı məqalə

Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə məlumat yalandır