Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Həbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub

Orkhan Ali 04 İyul 2025 - 16:43 (Last updated: 04 İyul 2025 - 14:21)
Məhkəmə

Məhkəmə

“Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər bir şəxs qanunvericiliyə uyğun olaraq yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur. Son günlər bəzi Rusiya KİV-lərində ölkəmizdə saxlanılmış Rusiya Federasiyası vətəndaşlarının guya vəkillə təmin olunmadığı barədə yayılan məlumatlar tamamilə əsassız və yalandır“.

AzPost xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəsmi açıqlama verib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin seçdikləri vəkillərlə müqavilə bağlamasına dair heç bir məhdudiyyət yoxdur:

“Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olaraq tam məsuliyyətlə bəyan edirəm ki, saxlanılan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyasına hər hansı rəsmi müraciət və ya şikayət daxil olmayıb. Həmçinin bu şəxslərin özləri tərəfindən seçdikləri vəkillərlə müqavilə bağlamasına dair də heç bir məhdudiyyət yoxdur”.

Anar Bağırov həmçinin vurğulayıb ki, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması və şiddətə məruz qalması, habelə Rusiyada həbs edilən azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müvafiq müraciətlər olunub.

“Vəkillərə qarşı istənilən təzyiq və ya fiziki zorakılıq tamamilə yolverilməzdir və belə hallara yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər”, – deyə o, əlavə edib.

Sonda Vəkillər Kollegiyasının sədri Rusiya mediasını obyektiv olmağa, Yekaterinburq şəhərində Azərbaycan və Rusiya bayraqları altında vəkil Şıxlinskilərə qarşı törədilmiş demonstrativ terror aktına diqqət ayırmağa və bu kimi hallara qarşı hüquqi mövqe sərgiləməyə çağırıb.

AzPost.az

Post navigation

Previous: Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatıb
Next: Ali Məhkəmədən saxta pul hazırlayan şəxsə ağır cəza

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.