Həkimlər koronavirus xəstələrinin rahat nəfəs alması üçün qarnıüstə yatmağı məsləhət görürlər

İnsanlarda boğulma yaradan koronavirus zamanı xəstələrin daha yaxşı nəfəs ala bilmələri üçün yatmaq pozası aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, serbiyalı həkimlər koronavirus və ya hər hansı səbəbdən boğulma yaşayan xəstələrə Prone pozasında yəni, qarnıüstə yatmağı tövsiyə edirlər. Həkimlər bildiriblər ki, belə yatmaq və ya uzanmaq hətta süni nəfəs aparatını əvəz edə bilər. Bu cür yatanda oksigenin ağciyərlərə daxil olması asanlaşır. Serbiyada həkimlər artıq nəfəs problemi yaşayan bütün xəstələrə bunu tətbiq edirlər.

Prone pozası Avropada nəfəs alma problemi yaşayan hər bir xəstəyə tətbiq olunur. Serbiyalı həkimlər xəstənin qarnı üzərində yatma müddətinin məhdud olmadığını da deyiblər. Xəstə özünü rahat hiss etdiyi müddət ərzində belə yatmaqda davam edə bilər. Hazırda bu metodu COVID-19 müalicəsində də geniş istifadə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vergi ödəyicisi VÖEN-ini müvəqqəti dayandırmaq üçün nə etməlidir?

Sonrakı məqalə

Üç min il yaşı olan Misir mumiyasının tabutunda nadir rəsmlər aşkarlanıb