“Hər kəs qulluq üçün robot istəyəcək” –İlon Mask Davosda danışdı

Robotlar cəmiyyəti dəyişə və insan əməyinə olan ehtiyacı azaltmaqla bəşəriyyətə kömək edə bilər”.

Bu sözləri “Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask Davosda çıxışı zamanı deyib. O, daha çox robotun istehsal ediləcəyini proqnozlaşdırıb.

“Robotların çoxluğu mal və xidmət bolluğu yaradacaq. Yer üzündə hər kəs yaşlı valideynlərə və ya uşaqlara qulluq etmək üçün robot istəyəcək”,- deyə Mask əlavə edib.

O bildirib ki, “Tesla” gələn ilin sonuna qədər ictimaiyyətə robotlar satmağa başlayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.