Hakan Fidan ilə Antoni Blinken arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.

Telefon söhbəti zamanı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının dünən qəbul etdiyi qərara toxunan Hakan Fidan İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesin parlamentin məsuliyyəti altında davam etdiyini bildirib.

Nazir Türkiyə tərəfinin F-16 qırıcılarının satışı məsələsində ABŞ Administrasiyası və Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiyini deyib.

Söhbət zamanı İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb. Hakan Fidan bu qarşıdurmada tam atəşkəs əldə edilməsi və daimi sülh istiqamətində müzakirələrin başlamasının vacibliyini vurğulayıb.

Danışıq əsnasında, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub(azərtac).

Əvvəlki məqalə

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Sonrakı məqalə

Robert Koçaryana qarşı cinayət işinə xitam verilib