“Hakan Fidanın Azərbaycana səfəri Qərbə mesaj idi”-ŞƏRH

“Türkiyənin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında rolu, vasitəçiliyi önəmlidir. Nəzərə almaq lazımdır ki, Türkiyə Qərbin müttəfiq ölkələrindən biridir, NATO üzvüdür. Hesab edirəm ki, bu nüansları Qərb dairələri nəzərə almalıdırlar”.

Bu sözləri Azpost.info-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Analitik deyib ki, Türkiyənin Cənubi Qafqazdakı maraqları, regionda stabilləşdirici güc olması Qərbin maraqlarına cavab verir: “Rəsmi Ankara bölgədə stabilliyin yaranmasında, sülhün əldə olunmasında maraqlıdır. Bunu beynəlxalq güclər anlamalıdırlar”.

“Əlbəttə, ABŞ çox istəyir ki, Ermənistan-Azərbaycan sülh sazişi Qərbin maraqlarına uyğun imzalansın, məsələ Qərbin maraqlarına uyğun həllini tapsın. Yəni ki, Qərbin regionda nəzarəti qalsın, maraqları təmin edilsin. Bu halda Qərb Türkiyənin Cənubi Qafqazda olmasında da maraqlı olmalıdır. Hesab edirəm ki, Hakan Fidanın Azərbaycana səfəri, verdiyi bəyanatlar bu baxımdan, Qərbə bir mesaj idi”- deyə politoloq bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər etdi. Türkiyəli nazir əvvəlcə Prezident İlham Əliyev, sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Fidan azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında rəsmi Ankaranın bölgə və sülh sazişi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdı, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi.

Anar ABDULLA

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.