“Hizbullah”ın rəhbəri Həsən Nəsrullah qruplaşmanın komandiri Fuad Şükrün dəfn mərasimində qisas almağa çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Onun sözlərinə görə, Şükr və HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümündən sonra İsraillə münaqişə yeni mərhələyə keçib.
Nəsrullah hesab edir ki, İsrailin hərəkətləri Yaxın Şərqi regional müharibəyə sürükləmək təhlükəsi yaradır. O, şiə döyüşçülərin qisas alacağına söz verib.
“Düşmən və düşmən arxasında olanlar bizim qaçılmaz cavabımızı gözləməlidir. Hansı qırmızı xətləri keçdiyinizi bilmirsiniz”, – Nəsrullah İsrail və ABŞ-ı nəzərdə tutaraq deyib.
Azpost.info